İran: Netanyahunun ofisinə zərbə endirdik; onun taleyi məlum deyil


ABŞ, İsrail və İran arasında müharibə üçüncü gün davam edərkən İran İnqilab Keşikçiləri Korpusu bu səhər yazılı açıqlamasında İsrailə qarşı yeni raket hücumu başlatdıqlarını açıqladı.

Turkustan.az xəbər verir ki, bəyanatda əməliyyatın "Əsl Vəd Əməliyyatı" çərçivəsində həyata keçirildiyi bildirilir.

DMO bildirib ki, İsrail Baş nazirinin ofisləri və İsrail Hərbi Hava Qüvvələri Komandanının qərargahı Xayber raketləri ilə "hədəflənmiş və gözlənilməz" hücuma məruz qalıb.

Bəyanatda "Sionist rejimin baş nazirinin taleyi qeyri-müəyyən olaraq qalır" ifadəsi yer alırdı.

İran tərəfi işğal olunmuş ərazilərə raket hücumlarının "uğurla" həyata keçirildiyini və sionist hökumət binasının hədəfə alındığını iddia etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ