ABŞ kəşfiyyatı Paşinyana nə deyib?


“Əgər Nikol Paşinyan Annadan qərarını seçki kampaniyasının sonuna qədər təxirə salmasını istəsəydi, arvadı ona bu qədər illər yaşadıqdan, onunla bu qədər sınaqdan keçdikdən, dörd uşaq sahibi olduqdan sonra imtina edərdimi? Bu, praktik olaraq mümkün deyil”.

Turkustan.az bildirir ki, bu barədə “Qolos Armeniya” xəbər verib.

“Deyirlər ki, sorğulara görə, seçicilərin müəyyən faizi heç vaxt Levon Ter-Petrosyana, Robert Köçəryana, Serj Sarkisyana və sairəyə səs verməyəcək. Lakin bir çox sorğulara görə, ən mənfi reytinqə malik siyasətçi Nikol Paşinyandır. Həm də arvadı ilə birgə...”
Bəs qərar haradan verilib? Bu da çətin deyil. Görünür, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi indi hakim partiyanın seçki kampaniyasına tam nəzarəti ələ keçirir. Yaxud da mahiyyət etibarilə eyni olan Ermənistandakı ABŞ səfirliyi. Sitat: “Beləliklə, Amerika seçkiyə nəzarəti maksimum dərəcədə təmin etmək üçün Paşinyana seçicilərin müəyyən bir hissəsi arasında mənfi imici olan Annadan ayrılmaq variantın təklif ediblər”.

“Qolos Armeniya” iddia edir ki, sosial mediada boşandıqdan sonra Annanın təhlükəsizliyi daha yüksək səviyyədə təmin edilməsi barədə söhbətlər gedir: “Aydındır ki, qarşıdan gələn seçkilər çətin olacaq. Annanın başına hər hansı bir fövqəladə hadisə gəlməsindən sığortalamaq lazımdır. Beləliklə, Annanın bir neçə seçimi var: ya təhlükəsizlik, ya təhsilini Çində davam etdirmək, ya da evində dustaqlıq...”/Musavat.com


MANŞET XƏBƏRLƏRİ