ABŞ, İsrail və İran arasında müharibə davam edərkən, sosial mediada yayılan “Türkiyədə Amerika hərbi bazasına hücum edildiyi” iddiaları ictimai müzakirələrin əsas mövzusuna çevrilib.
Turkustan.az xəbər verir ki, bu iddialardan sonra Prezident yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi operativ şəkildə açıqlama yayıb.
Bəyanatda iddiaların həqiqəti əks etdirmədiyi vurğulanaraq bildirilib: “Bəzi sosial media hesablarında ‘Türkiyədə Amerika hərbi bazasına hücum edildiyi’ barədə yayılan məlumatlar doğru deyil.”
Qeyd olunub ki, Türkiyə ərazisində heç bir ölkəyə məxsus ayrıca hərbi baza mövcud deyil.
Açıqlamada həmçinin bildirilib: “Türkiyənin müdafiə və təhlükəsizlik strukturları tam şəkildə fəaliyyət göstərir və proseslər müvafiq qurumlar tərəfindən real vaxt rejimində izlənilir. İctimaiyyətə əsassız iddialara inanmamaq və yalnız rəsmi mənbələrin açıqlamalarına etibar etmək tövsiyə olunur.”
Aytən Yaşar/ Turkustan.az