Türkiyə Prezident Administrasiyası sosial mediada “Türkiyədə yerləşən Amerika hərbi bazasının vurulduğu” iddialarına münasibət bildirib.
Turkustan.az-ın xəbərinə görə, Türkiyə PA-nın Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Şöbəsinin məlumatında qeyd olunub ki, Türkiyədə heç bir ölkəyə məxsus hərbi baza yoxdur.
“Türkiyə Respublikasının hava, quru və dəniz əraziləri, eləcə də hərbi obyektləri tam suverenlik və nəzarət altındadır. Ölkəmizə qarşı hər hansı hücum qeydə alınmayıb. Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərməyə yönəlmiş paylaşımlar açıq dezinformasiya xarakteri daşıyır.
Türkiyənin müdafiə və təhlükəsizlik qurumları prosesləri izləyir və nəzarətdə saxlayır. İctimaiyyətə yalan məlumatlara etibar etməmək və yalnız rəsmi açıqlamalara istinad etmək tövsiyə olunur”, – Türkiyə PA-dan bildirilib. /apa.az/