Dünyanın ən pis qorxusu gerçəkləşdi! Nüvə obyektinə zərbə endirildi


Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) obyektdə potensial radiasiya sızması riski ilə bağlı xəbərdarlıq edib və vəziyyəti yaxından izlədiyini bildirib.

Turkustan.az xəbər verir ki, ABŞ daha əvvəl eyni obyekti bombalamışdı.

ABŞ Prezidenti Donald Trump 22 iyun 2025-ci ildə İranın nüvə infrastrukturunu hədəf alan hərbi əməliyyatın həyata keçiriləcəyini elan edib.

Məlumata görə, Missuri ştatından havaya qalxan B-2 Spirit bombardmançı təyyarələri 18 saatlıq uçuşdan sonra Natanz Nüvə Obyekti və Fordo Nüvə Obyekti istiqamətində bunker-dələn sursatlarla zərbələr endirib. ABŞ mənbələrinin bildirdiyinə görə, əməliyyat zamanı təxminən 14 ton çəkidə GBU-57 (MOP) tipli bombalardan istifadə olunub.

Eyni zamanda, bölgədə yerləşdirilmiş sualtı qayıqlardan buraxılan təxminən 30 ədəd “Tomahawk” raketi Natanz və İsfahan şəhərindəki yerüstü qurğuları, elektrik xətlərini, eləcə də komanda-idarəetmə mərkəzlərini hədəfə alıb.

Əməliyyatdan sonrakı hesabatlarda yeraltı əsas sentrifuqa kameralarının ciddi zədələndiyi bildirilsə də, radiasiya sızması faktı qeydə alınmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ