ABŞ və İsrail qırıcıları Əlborza girdi


ABŞ və İsrailin İranın Xürrəmabad şəhərinə hücumları nəticəsində SEPAH-ın beş üzvü öldürülüb.

Turkustan.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Hücumlar nəticəsində İranın müxtəlif bölgələrində yerləşən müəssisələrə zərər dəydiyi bildirilib:

Əhvaz şəhərində neft kəmərində partlayış baş verib. ABŞ və İsrail qırıcıları Əlborz əyalətinin Fərdis rayonunun səmasında uçuş həyata keçirirlər.

Tehranda 113 saylı Polis Bölməsi hava hücumu zamanı dağıdılıb. Həmçinin, paytaxtdakı Baş Polis Komandanlığının qərargahı da darmadağın edilib. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ