Xameneiyə hücumdan bir neçə dəqiqə əvvəl… – “Kölgə general”ın SİRRİ


Məlum olduğu kimi, ABŞ-la İsrailin birgə hücumu nəticəsində İranın ali rəhbəri Əli Xamenei və ailə üzvləri həyatını itirib. Hücum zamanı Xameneinin qızı, kürəkəni, nəvəsi və gəlini də həlak olub.

Turkustan.az azpolitika.info-ya istinadən bildirir ki, diqqətçəkən məqamlardan biri iranlı komandan İsmayıl Qaani ilə bağlıdır. Məlumata görə, Qaani baş verən hücumdan qısa müddət əvvəl toplantını tərk edib və sağ qalıb.

İ.Qaaninin daha əvvəl də oxşar hallarda son anda xilas olması müzakirələrə səbəb olub. Bildirilir ki, o, Livanda “Hizbullah“a qarşı hücumdan az əvvəl ərazini tərk edib. Həmçinin 12 günlük müharibə zamanı bir sıra yüksək rütbəli komandirlər həlak olsa da, Qaani sağ qalıb.

Bundan sonra sosial şəbəkələrdə Qaaninin guya Xameneini satdığı və ya ABŞ–İsrail üçün işlədiyi ilə bağlı iddialar yayılıb. Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.

Qeyd edək ki, İ.Qani hücumlardan sağ çıxdığı üçün “kölgə general” kimi tanınır.


MANŞET XƏBƏRLƏRİ