Saç tökülməsinin müəyyən həddə qədər normal hesab olunur. Belə ki, hər bir saç telinin öz inkişaf və yenilənmə dövrü var və gündə təxminən 50–100 tel saçın tökülməsi təbii proses sayılır.
Turkustan.az bildirir ki, saç tökülməsi xüsusilə səhər yastıq üzərində və ya duş zamanı daha çox nəzərə çarpa bilər. Bu hal əksər hallarda narahatlıq doğurmur. Lakin normadan artıq tökülmə müşahidə edilərsə, buna diqqət yetirmək lazımdır.
Daradıqdan sonra həddindən artıq saç qalması, saçın seyrəkləşməsi, qalınlığının azalması və ya saç dərisinin daha aydın görünməsi ciddi siqnal ola bilər. Bu cür hallarda dermatoloqa müraciət etmək tövsiyə olunur.
Saç tökülməsinin miqdarı saçın uzunluğu, mövsümi dəyişikliklər və gündəlik qulluq vərdişlərindən də asılı ola bilər. Buna görə də vəziyyəti düzgün qiymətləndirmək və lazım gəldikdə mütəxəssis rəyi almaq vacibdir. /pravda.az/