ABŞ prezidenti Donald Trump Böyük Britaniyanın Baş naziri Keir Starmeri İranı hədəf alan ABŞ əməliyyatları üçün Britaniya bazalarından istifadəyə icazə verilməsi prosesinin uzanmasına görə sərt tənqid edib.
Turkustan.az xəbər verir ki, Tramp prosesin “çox vaxt apardığını” bildirib.
Starmer ötən bazar günü axşamı ABŞ qüvvələrinin İranın raket mərkəzlərini hədəf alan əməliyyatlarında məhdud rol çərçivəsində Britaniya hərbi bazalarından istifadəyə icazə veriləcəyini açıqlayıb. Qərara əsasən, ABŞ İranın raket obyektlərinə zərbələr endirmək üçün Britaniya bazalarından istifadə edə biləcək. Bu addım Böyük Britaniya və ABŞ-ın hərbi strategiyasında mühüm logistik qərar kimi qiymətləndirilir.
Tramp, xüsusilə Hind okeanında yerləşən Diego Garcia hərbi bazasına istinad edərək, Starmerin qərar qəbul etmə prosesinin uzun çəkdiyini və bunun iki NATO müttəfiqi arasında qeyri-adi vəziyyət yaratdığını qeyd edib. O, həmçinin gecikmənin hüquqi narahatlıqlarla əlaqəli olduğunu iddia edib.
Aytən Yaşar/ Turkustan.az