Hizbullah rəsmi olaraq ABŞ-ın dəstəklədiyi İsrail ilə İran arasındakı müharibəyə qoşulub.
Turkustan.az xəbər verir ki, təşkilatın yaydığı açıqlamada bildirilir ki, dünən gecə İsrailə qarşı hücum Ayətullah Əli Xameneinin sui-qəsdinə görə "qisas" və Livanın müdafiəsi məqsədilə həyata keçirilib .
Təşkilat bildirib ki, İsrail ordusunun işğal olunmuş Hayfa şəhərinin cənubunda yerləşən Mişmar əl-Karmel raketdən müdafiə qurğusunu gecə yarısı müasir raketlər və dronlarla hədəfə alıb.
Hizbullah bəyanatında İsrailin hücumlarının və sui-qəsdlərinin davam etməsinin onlara "uyğun vaxtda və yerdə qisas almaq hüququ" verdiyini iddia edib.
Təşkilat İsrailin aylarla davam edən təcavüzünü hansısa bir çəkindirici cavab olmadan davam etdirə bilməyəcəyini iddia etdi və hücumun "özünümüdafiə" məqsədilə həyata keçirildiyini bildirdi.
Aytən Yaşar/ Turkustan.az