Küveyt ordusu bu səhər bir neçə ABŞ-a məxsus qırıcı təyyarənin qəzaya uğradığını, bütün heyət üzvlərinin isə sağ qaldığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Kuwait Ministry of Defence sözçüsü Səud Əbdüləziz Əl-Ətva sosial media platformasında yayımladığı bəyanatda bildirib ki, hadisə nəticəsində ekipaj üzvləri xəsarət almadan xilas ediliblər.
Məlumata görə, səlahiyyətli qurumlar dərhal zəruri prosedurları həyata keçirib, amerikalı hərbçilər sağlamlıq yoxlanışı və tibbi müayinə üçün xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin stabil olduğu qeyd olunub.
Açıqlamada həmçinin ABŞ ordusu ilə birbaşa koordinasiyanın davam etdiyi, texniki prosedurların icra olunduğu və qəzanın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmaların aparıldığı bildirilib.
Hadisə ilə bağlı Küveytdə qəzaya uğrayan ABŞ-a məxsus F-15 Eagle tipli qırıcıların görüntüləri sosial mediada geniş yayılıb.
Aytən Yaşar/ Turkustan.az