İsrail dünya hərb tarixində ilk dəfə olaraq "Or Eitan" ("Dəmir şüa") lazer hava hücumundan müdafiə sistemindən istifadə edib.
Turkustan.az-ın xəbərinə görə, bu barədə "Cursorinfo" informasiya agentliyi məlumat verib.
Qeyd olunub ki, İsrail bu silahdan "Hizbullah"ın rəsmi Təl-əvivə qarşı ikinci cəbhə açmasından sonra istifadə edib.
Xatırladaq ki, İsrail Müdafiə Ordusu (SAXAL) "Hizbullah"ın hücumlarına cavab olaraq Livanda genişmiqyaslı cavab əməliyyatına başlayıb./oxu.az