Pakistan Əfqanıstanda əməliyyatlar zamanı 435 nəfərin öldüyünü açıqladı


Pakistan Əfqanıstana qarşı qarşılıqlı hücumları əhatə edən əməliyyatda Kabul tərəfində 435 nəfərin öldüyünü, 630-dan çox insanın isə yaralandığını açıqladı.

Turkustan.az xəbər verir ki, Pakistanın informasiya naziri Attaullah Tarar ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında Əfqanıstandakı əməliyyatlarla bağlı verdiyi açıqlamaya münasibət bildirib.

Tarar əməliyyatlar çərçivəsində Əfqanıstan tərəfində 435 nəfərin həyatını itirdiyini, yaralıların sayının isə 630-u keçdiyini bildirib. O, əlavə edib ki, Kabil tərəfində 188 nəzarət məntəqəsi, 188 tank, zirehli maşın və artilleriya silahı məhv edilib, 51 məkan havadan hədəfə alınıb.

Tarar dünənki açıqlamasında 31 yerin ələ keçirildiyini də paylaşıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ