“Dəmir şüa” sınaqdan keçdi – İsrail döyüşdə yeni silahından istifadə etdi


İsrail Müdafiə Nazirliyi yeni lazer əsaslı “Iron beam” (“Dəmir şüa”) hava hücumundan müdafiə sistemini ilk dəfə real döyüş şəraitində sınaqdan keçirib.

Turkustan.az xəbər verir ki ki, Müdafiə Nazirliyinin məlumatına görə, sistem Livan sərhədləri yaxınlığında Hizbullah tərəfindən atılan pilotsuz uçuş aparatları (PUA) və qısa mənzilli raketlər əleyhinə istifadə olunub və hədəfləri zərərsizləşdirib. Müdafiə analitikləri bunu “Iron Beam” sisteminin real şəraitdə işlədiyini göstərən ilk göstərici hesab edir.

“Rafael Advanced Defense Systems” tərəfindən hazırlanan “Dəmir şüa” yüksək güclü lazer əsaslı müdafiə sistemidir. Sistem qısa mənzilli raketləri, PUA-ları və digər aşağı hündürlükdə uçan hədəfləri lazer enerjisi ilə zərərsizləşdirmək üçün nəzərdə tutulub. Bu sistem İsrailin digər müdafiə şəbəkələri – “Dəmir qübbə” (“Iron dome”), “Davitin atəşi” (“David’s sling”) və “Ox” (“Arrow”) – ilə birlikdə işləyir və daha sərfəli müdafiə variantı təqdim edir.

Hazırda yayılan məlumatlar əsasən sosial media və bəzi yerli xəbər agentliklərinə əsaslanır. Rəsmi İsrail hərbi orqanları və beynəlxalq xəbər agentlikləri hələlik bu xəbəri tam təsdiqləməyib, buna görə məlumat ilkin hesab olunur.

Ekspertlər bildirir ki, bu sistemin uğurlu istifadəsi İsrailin müdafiə qabiliyyətini artırmaqla yanaşı, yaxın gələcəkdə müasir döyüş əməliyyatlarında lazer texnologiyasının geniş tətbiqinə işarə edir. /BakuPost/


MANŞET XƏBƏRLƏRİ