İran sosial media hesablarından Türkiyə ilə bağlı diqqətçəkən paylaşım gəldi


ABŞ və İran arasında günlərlə davam edən gərginlik, eləcə də Cenevrədə aparılan diplomatik səylər şənbə günü səhər İsrailin İrana hücumu ilə kulminasiya nöqtəsinə çatıb.

Turkustan.az xəbər verir ki, hücumlardan sonra İran da bölgədə yerləşən ABŞ hərbi bazalarını hədəfə alıb.

Regionda gərginlik artdığı bir vaxtda İranın yüksək izləyici sayına malik sosial media hesablarında diqqətçəkən paylaşımlar yayılıb. Həmin paylaşımlarda İsrailin Baş naziri Benjamin Netanyahunun fotosu Türkiyə bayrağı ilə yanaşı təqdim olunub.

Paylaşımda “İsrail rəsmiləri bildirirlər ki, İrandan sonra Türkiyə onların mövcudluğuna növbəti əsas təhdid kimi qiymətləndirilir” qeydi yer alıb.

O bildirib: “İranın sıradan çıxarılmasından sonra diqqət Türkiyəyə yönələcək. Qaçılmaz olaraq Türkiyə, ehtimal ki, Suriyada İsraillə qarşı-qarşıya gələ bilər. Türkiyə bir çox baxımdan İrandan daha güclüdür. Onun real donanması var və NATO daxilində ən güclü ordulardan birinə sahibdir. Növbəti addım Türkiyə olacaq. Buna görə də özümüzü aldatmamalıyıq.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ