NATO bazasına hücum! ABŞ-İsrail daha bir ölkəyə hücum edir


Yaxın Şərqdə gərginlik hər dəqiqə artır. İran və Livana hücumlardan sonra İsrail - artıq İraq ərazisini hədəfə alıb.

Turkustan.az xəbər verir ki, bazar ertəsi günü İraqın Bağdad beynəlxalq hava limanı yaxınlığındakı ABŞ-ın Viktoriya hava bazasına pilotsuz təyyarə hücumundan sonra ABŞ və İsrail qüvvələri İraqın Babil əyalətindəki İranyönlü milislərə məxsus olduğu güman edilən ərazilərə zərbələr endirib.

İraq mediasında yer alan xəbərlərə görə, bazar ertəsi günü Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı ABŞ-ın Viktoriya bazasına iki dron hücum edib. İraqın peyk televiziya kanalları "Əl-Sumaria" və "Əl-Raşid" təhlükəsizlik mənbələrinə istinadən bildiriblər ki, dronlardan biri əməliyyat zonasına düşüb, digəri isə hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib. Təhlükəsizlik mənbəyi bazanın daxilindəki logistika dəstək mərkəzinin də hədəflər arasında olduğunu bildirib. Ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ