Xəbər verdiyimiz kimi, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hücum əməliyyatlarına başlayıb. Hücumlar nəticəsində İranın bir sıra dövlət rəsmiləri və yüksəkrütbəli hərbçiləri öldürülüb.
Turkustan.az ölümü İran tərəfindən rəsmən təsdiqlənmiş yüksəkrütbəli şəxslərin siyahısını təqdim edir:
Ayətullah Əli Xamenei – İranın ali lideri və Ali Baş Komandanı;
General-leytenant Məhəmməd Pakpur - İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı;
General-leytenant Əbdülrəhim Musəvi – İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi;
General-leytenant Əziz Nəsirzadə – İranın müdafiə naziri;
Admiral Əli Şamxani – İran Müdafiə Şurasının katibi;
SEPAH-a yaxınlığı ilə tanınan “Tasnim” agentliyinin yaydığı öldürülən generalların siyahısında isə bu şəxslər yer alıb:
General-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Baş Qərargah rəisi;
General-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahı, kəşfiyyat üzrə rəis müavini;
General-mayor, pilot Möhsin Dərre Baği – Silahlı Qüvvələrin hazırlıq və dəstək üzrə rəis müavini;
General-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Baş Qərargah rəisi müavini;
General-mayor Qulamrza Rəzəian – FARAJA Kəşfiyyat Təşkilatının rəhbəri;
General-mayor Bəhram Hüseyni Mütləq – Baş Qərargahın Plan və Əməliyyatlar İdarəsinin rəisi;
General-mayor Həsənəli Tacik – Baş Qərargahın Hazırlıq İdarəsinin rəisi.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində ümumilikdə 48 yüksəkrütbəli şəxsin öldürüldüyünü bildirsə də, həmin şəxslərin adı açıqlanmayıb.
Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb.
İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.
/Bizim.Media