Neft treyderlərinin məlumatına görə, birjadankənar bazarda "Brent" markalı neftin qiyməti bu gün 10% artaraq 80 dollar civarında olub.
Turkustan.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
"Analitiklər ABŞ və İsrailin İrana zərbələrinin Yaxın Şərqi yeni müharibəyə sürüklədikdən sonra qiymətlərin 100 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırıblar. Qlobal neftin qiyməti cümə günü bir barel üçün 73 dollara yüksəldi, bu da 2025-ci ilin iyulundan bəri ən yüksək səviyyədir. Bahalaşma İrana qarşı potensial hücumlarla bağlı artan narahatlıqla əlaqədar olub",- məlumatda deyilib.
Analitiklər qeyd ediblər ki, fyuçers ticarəti həftə sonu bağlanır:
"Qiymətlər (həftə sonundan sonra) bir barel üçün 100 dollara yaxınlaşacaq və Boğazda (Hörmüz) uzunmüddətli fasilə görsək, bu səviyyəni keçəcək". /axar.az/