Duqinin proqnozu: “Növbəti Putindir...”


Duqinin proqnozu: “Növbəti Putindir...”

Rusiyalı təbliğatçı və “Rus dünyası” konsepsiyasının ideoloqu Aleksandr Duqin hesab edir ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın hədəf siyahısında növbəti ola bilər, çünki Rusiyanın müttəfiqləri "bir-bir" məhv edilir. "Əgər Rusiyada əsl vətənpərvərlik islahatları indi başlamazsa, vəziyyət sadəcə gözlənilməz hala gələcək. Müttəfiqlərimiz bir-bir sistematik şəkildə məhv edilir. Növbətinin kimin olduğu və belə bir düşmənlə danışıqların nə demək olduğu aydındır", Duqin sosial mediada yazıb.

Duqin hesab edir ki, Rusiyada hər şeyin yaxşı olduğu və dinc həyatın həmişəki kimi davam etdiyi imicini yaratmaq strategiyası özünü tükəndirib. “Növbəti bizik” deyə, Duqin vurğulayıb. Onun fikrincə, İranda hər şey İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nə qədər davam etməsindən asılıdır. “İran davam gətirərsə, hər şey əks istiqamətdə gedə bilər. Əgər dağılarsa, növbəti biz olacağıq” -o bildirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin İranın ali dini liderinin öldürülməsini “beynəlxalq hüququ pozan qətl” adlandırıb.

/Musavat.com


MANŞET XƏBƏRLƏRİ