ABŞ prezidenti Donald Tramp Cenevrədə Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə keçiriləcək üçtərəfli danışıqların yeni mərhələsindən əvvəl bildirib ki, Ukrayna "danışıqlar masasına daha tez oturmalıdır".
Turkustan.az xəbər verir ki, o, bu açıqlamanı bazar ertəsi günü “Air Force One” təyyarəsində mətbuata açıqlamasında verib. Bu barədə Ağ Evin “YouTube” da paylaşdığı məlumatda bildirilir .
Cenevrə danışıqlarından nə gözlədiyi soruşulduqda, ABŞ prezidenti danışıqları "vacib" adlandırdı.
Tramp deyib: "Ukrayna tezliklə danışıqlar masasına oturmalıdır. Sizə dediklərim budur. Biz onların gəlməsini istədiyimiz bir vəziyyətdəyik".
Aytən Yaşar/ Turkustan.az