Danışıqlar zamanı gərginlik: ABŞ və İran rəsmilər masadan qalxdılar


ABŞ və İran nümayəndə heyətləri danışıqlar masasını tərk ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Cenevrədə keçirilən yüksək səviyyəli nüvə danışıqlarında gözlənilməz gərginlik yaşanıb.

“Vol Strit Jurnal”ın əməkdaşı Lorens Normanın verdiyi məlumata görə, hər iki ölkənin nümayəndə heyəti danışıqlar aparılan məkanı tərk edib.

***12:49

Cenevrədə ABŞ və İran nümayəndələri arasında danışıqlar başlayıb.

Bu barədə İran mediası məlumat yayıb.

Görüş Omanın Cenevrədəki diplomatik nümayəndəliyində təşkil olunub.

Məlumata əsasən, danışıqlarda əsas diqqət Tehranın nüvə proqramı və ABŞ sanksiyalarının ləğvi məsələlərinə yönəldiləcək./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ