Zelenski etimadını itirdi: Xalq görün kimi seçdi


Ukrayna Prezidenti Volodimir Zelenski ictimai etimad reytinqində üçüncü pilləyə düşüb.

Turkustan.az xəbər verir ki, bu barədə Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi son sorğunun nəticəsi bunu sübut edib.

Sorğunun nəticələrinə görə, vətəndaşların 72 faizi Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujnıya, 70 faizi isə Ukrayna Prezidentinin yeni qərargah rəisi Kiril Budanova etimad göstərib.

Prezident Volodimir Zelenskiyə etimad edənlərin nisbəti isə 62 faiz təşkil edib. Eyni zamanda, respondentlərin 34 faizi Zelenskiyə etimadsızlıq ifadə edib. Bu göstərici Zalujnı və Budanovla müqayisədə xeyli yüksəkdir. Belə ki, sorğuda iştirak edənlərin yalnız 21 faizi Zalujnıya, 19 faizi isə Budanova etimad etmədiyini bildirib.

Qeyd edək ki, son dövrlər Ukrayna rəhbərliyində gərginliklər də müşahidə olunur. Daha əvvəl Prezident Zelenski ilə Kiyev meri Vitali Kliçko arasında paytaxtın Rusiya hücumlarına hazırlıqsızlığı ilə bağlı açıq mübahisə yaşanmışdı. Kliçko prezidentin qəbul etdiyi qanunların yerli icra strukturlarının fəaliyyətini məhdudlaşdırdığını iddia etmişdi. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ