İran prezidenti Məsud Pezaşkian ABŞ ilə danışıqlarla bağlı deyib: "Danışıqlar Ali Rəhbərin (Əli Xameneinin) təsdiqi ilə aparılır".
Turkustan.az xəbər verir ki, Entekhab xəbər saytının məlumatına görə, Pezeshkian ölkəsindəki dini liderlərlə görüşdə cari məsələlərlə bağlı açıqlamalar verib.
ABŞ ilə danışıqlara toxunan Pezeshkian bildirib ki, "Danışıqlar Ali Liderin təsdiqi ilə aparılır. Məqsədimiz danışmaq xatirinə danışmaq deyil, məsələləri həll etməkdir. Biz nəticəyə gəlməkdə ciddiyik və ümid edirik ki, danışıqlar prosesində konkret nəticələr olacaq".
Pezeşkyan həmçinin qonşu və İslam ölkələri ilə yaxşı münasibətlərə sahib olduqlarını vurğulayaraq, bu əməkdaşlıq sayəsində bir çox problemi həll etdiklərini bildirib və əlavə edib ki, "Ölkələrin İsrailin İrana hücumlarını pisləməsi və qonşuların bölgədəki gərginliyi azaltmaq səyləri bu əməkdaşlığın əksidir".
Aytən Yaşar/ Turkustan.az