İsveçrənin Cenevrə şəhərində İran və ABŞ arasında keçirilən danışıqların ikinci mərhələsindən sonra İran tərəfi ABŞ ilə fundamental prinsiplər üzrə anlaşma əldə etdiklərini açıqladı.
Turkustan.az xəbər verir ki, əvvəlki sammitlə müqayisədə əhəmiyyətli irəliləyiş olduğunu deyən İranın xarici işlər naziri Arakçi bildirib ki, "Hər iki tərəf potensial razılaşma layihəsi üzərində işləyəcək və onu bir-birinə təqdim edəcək".
Arakçi bəzi məsələlərdə hələ də fikir ayrılıqlarının olduğunu və bu məsələlər üzərində işlərin davam etdirilməli olduğunu bildirib.
"Bu, tezliklə müqavilə imzalayacağımız anlamına gəlmir, amma razılaşma yolundayıq."
Aytən Yaşar/ Turkustan.az