Heç bir komanda “Nyukasl”a qarşı oynamaq istəmir...


Böyük tərcübə əldə edə biləcəyimiz bir oyundur. Pley-offda oynamaq Azərbaycan futbolu tarixi üçün ilkdir. “Nyukasl” çox güclü bir klubdur. Onlar dünyanın ən güclü liqasında çıxış edirlər.

Turkustan.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsini çərçivəsində İngiltərənin “Nyukasl” klubu ilə keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.

“Oyuna çox da yaxşı hazırlaşa bilməmişik. Futbolçularım bu oyuna inamla yanaşırlar. Onların hər biri ən yaxşı oyunlarını oynayacaqlarına əminəm. İngiltərə Premyer Liqasında heç bir komanda “Nyukasl”a qarşı oynamaq istəmir. Onlar rəqibə öz oyunlarını oynamağa imkan verməyən kollektivdir. Çalışacağıq ki, öz oyunumuzu oynayaq. Baxmayaraq ki, rəqib bizdən daha fiziki baxımdan güclüdür, öz oyunumuzu oynayacağıq” - Qurbanov əlavə edib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ