Ərdoğan nə qədər maaş alır?


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın aldığı maaş bəlli olub.

Bu barədə "Sözcü" qəzeti məlumat yayıb.

KİV Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinə istinadla dövlət başçısının 2026-cı ilin yanvar ayında 263 min lirə (təxminən 10 520 AZN) maaş aldığını yazıb.

“Sözcü”nün iddiasına görə, fevral ayında Ərdoğanın maaşında artım olacaq. Qəzet bu ay Türkiyə prezidentinin 312 718 lirə (təxminən 12 500 manat) maaş alacağını bildirib./Metbuat.az


MANŞET XƏBƏRLƏRİ