Elektrik və qaz ödənişində yeni DƏYİŞİKLİK


“Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında” Qanuna edilən dəyişikliyə görə, yanvar ayından qaz və işığa görə 1 manat məbləğində sabit tarif ödənilir. Bu ödəniş ilk dəfə yerinə yetirildiyi üçün bəzi abonentlərdə çaşqınlıq yaradıb. Xüsusilə, sərfiyyata görə ödənişi onlayn şəkildə müxtəlif platformadan ödəyənlər sabit tarifin qeyd edilən borcun tərkibində olduğundan məlumtsızdırlar. Bəziləri sərfiyyata görə yığılan borcu ödədikdən sonra sistemdə əlavə olaraq 1 manatın borc kimi qeyd edildiyini iddia edirlər.

Turkustan.az Bizim.Media-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərişıq ASC-dən mənzillərə göndərilən bildirişlərdə sabit tarifin əlavə olaraq qeyd edildiyi bildirilib.

Yəni istifadə edilən elektrik enerjisinə görə yaranan məbləğlə sabit tarif üzrə aylıq 1 manat hesablanır və ödəniləcək son məbləğdə cəmlənir.

Qeyd edək ki, ötən il “Qaz və elektrik enerjisinin sərfiyyatı haqqında” Qanuna dəyişikliklər edildi və bu dəyişikliklər bu il yanvarın 1-dən qüvvədədir.


MANŞET XƏBƏRLƏRİ