Moskvada ölən azərbaycanlı ailənin kimliyi məlum oldu


Moskvada baş verən faciəli hadisə ilə bağlı yeni detallar açıqlanıb.

Turkustan.az xəbər verir ki, həyatını itirən şəxsin 1984-cü il təvəllüdlü Vasif Nağıyev olduğu müəyyənləşdirilib.

O, Ucar rayonunun Rəstəcə kəndinin sakini olub və təxminən 10 il əvvəl Rusiyaya işləmək üçün köçüb. Həyat yoldaşı — 1987-ci il təvəllüdlü Aygün Hüseynova isə Rusiya vətəndaşı idi.

Məlumata görə, Nağıyevin meyiti bu gecə Azərbaycana gətiriləcək.

Rusiya İstintaq Komitəsi cütlüyün ölüm səbəblərini araşdırır. Onların üç azyaşlı övladı qalıb. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ