Ukrayna nizamlama danışıqları üçün Moskvaya nümayəndə heyəti göndərə bilər.
Turkustan.az “Times of Ukraine” nəşrinə istinadla xəbər verir ki, Kiyev bu variantı nəzərdən keçirir.
Qeyd olunur ki, bu ssenari Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən son görüş zamanı səsləndirilib.
Həmçinin qeyd olunur ki, nümayəndə heyətinin təhlükəsizliyinə guya amerikalı nümayəndələr - ABŞ prezidentinin xüsusi elçisi və kürəkəni Stiven Uitkoffla Cared Kuşner zəmanət verir. İddia edilir ki, onlar ukraynalı həmkarları ilə birlikdə Varşavadan Rusiyaya səfər edə bilərlər./publika.az