Axios-un Rusiya və ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp administrasiyası Rusiya–Ukrayna müharibəsinə son qoymaq məqsədilə yeni plan üzərində işləyir.
Turkustan.az xəbər verir ki, administrasiya Qəzza ilə bağlı sülh təşəbbüsünə bənzər 28 bəndlik bir sənəd hazırlayıb.
Məlumata əsasən, ABŞ prezidenti Donald Tramp administrasiyasının hazırladığı bu plan müharibənin dayandırılmasına yönəlib. ABŞ-da fəaliyyət göstərən Axios xəbər saytının adı açıqlanmayan Rusiya və ABŞ rəsmilərinə istinadən verdiyi xəbərə görə, sözügedən 28 maddəlik sənəd Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff tərəfindən hazırlanıb və onun detallarının Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyevlə müzakirə edildiyi iddia olunur.
Mənbələr bildirir ki, planın 28 maddəsi dörd əsas bölmədən ibarətdir: Ukraynada sülh, təhlükəsizlik zəmanətləri, Avropa təhlükəsizliyi və ABŞ-ın Rusiya və Ukrayna ilə gələcək münasibətləri.
Aytən Yaşar/ Turkustan.az