Bu şəxslər dövlət hesabına təhsil alacaq – 42 milyon manat AYRILIR


“Növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı isə 121 min nəfərə çatacaq.

Gələn il əlilliyi olan, valideyn himayəsindən məhrum olmuş, şəhid ailələri və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan 18,5 min tələbənin təhsil və təqaüd xərcləri üçün 42 milyon manat vəsait proqnozlaşdırılıb”.

Turkustan.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, əvvəlki illərlə müqayisədə təhsil və elm xərcləri artırılıb:

“2030-cu il üçün müəyyən edilmiş milli prioritetlərdən biri olan təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur.

Ortamüddətli büdcə dövrü, yəni 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil və elm xərcləri 36 faiz artacaq”./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ