ABŞ Ukraynaya 105 milyonluq "Patriot" dəstəyi verir


ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) satışla bağlı yazılı açıqlama yayıb.

Turkustan.az xəbər verir ki, açıqlamada qeyd olunub ki, satış paketinə Ukraynanın M901 buraxılış qurğularının M903 konfiqurasiyasına təkmilləşdirilməsi, yerüstü dəstək avadanlığı, ehtiyat hissələri, təlim fəaliyyətləri və logistik dəstək elementləri üçün təyin edilmiş ehtiyat yük siyahıları daxildir.

Patriot sistemləri ilə bağlı avadanlıq və xidmətlərin yer aldığı paketin ümumi dəyəri 105 milyon dollar olaraq qeyd edilib və layihənin əsas podratçılarının ABŞ-ın RTX Corporation və Lockheed Martin şirkətləri olacağı açıqlanıb.

Konqresə göndərilən silah satışının təsdiqlənməsi üçün 15 günlük etiraz müddəti var. Bu müddət ərzində heç bir etiraz gəlməzsə, silah satışı uğurlu sayılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ