Rusiya ilə Ukrayna arasında davam edən müharibədə ən qızğın döyüşlər son vaxtlar Ukraynanın Pokrovsk və Kupyansk şəhərlərində şiddətlənib.
Turkustan.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında 3,5 ildən artıqdır davam edən müharibədə xüsusilə son iki ayda Donetsk vilayətinin Pokrovsk şəhəri ilə Xarkov vilayəti və ətrafının Kupyanks şəhərində ən şiddətli toqquşmalar müşahidə olunub.
Donetsk vilayətinin “nəqliyyat qovşağı” kimi böyük əhəmiyyət kəsb edən Pokrovsk şəhərinin bəzi bölgələrində Rusiya ordusunun olduğu bildirilir.
Kiyev iddia edir ki, Pokrovsk şəhərinin əhəmiyyətli hissəsi Ukraynanın nəzarəti altındadır.
Ukrayna əsgərləri bölgədə cəbhə xəttində kritik logistik bölgə olan Pokrovski müdafiə edərkən, şəhərin bəzi rayonlarında yerləşən Rusiya ordusunun üzvləri orada irəliləməyə çalışır.
Aytən Yaşar/ Turkustan.az