Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq BMT Baş Assambleyasının Təhlükəsizlik Şurasının islahatları ilə bağlı iclasında çıxışı zamanı Yaponiya baş nazirinin dediklərini tənqid edib.
Turkustan.az xəbər verir ki, Daimi Nümayəndə Fu Takayçinin sözlərinin Çinin daxili işlərinə müdaxilə olduğunu və “vahid Çin” prinsipini və iki ölkə arasında münasibətləri quran siyasi sənədlərin ruhunu pozduğunu müdafiə edərək, “Bu ifadələr beynəlxalq ədalətə, müharibədən sonrakı beynəlxalq nizama və beynəlxalq münasibətlərin əsas normalarına təhqirdir” deyib.
Yaponiyanın bu rəftarı ilə açıq şəkildə sülh və inkişafdan uzaqlaşdığına diqqət çəkən Fu, "Belə bir ölkə Təhlükəsizlik Şurasında daimi üzv olmağa layiq deyil" dedi.
Aytən Yaşar/ Turkustan.az