Hələb valisi Əzzam əl-Qərib suriyalıların ölkələrinə qayıtmasının vacibliyini vurğulayıb.
Turkustan.az xəbər verir ki, Qərib İstanbulda “Hələbin yenidən qurulması” üçün ərəb və türk iş adamlarının iştirak etdiyi ianə toplama tədbirində açıqlama verib.
Hələb valisi Qərib, "14 ildir suriyalılara qucaq açan, onlara ən səmimi qardaşlıq və insanlıq ilə yanaşan qardaş ölkəmiz Türkiyəni ziyarət etməyə başladıq. Türkiyə və xalqı Suriyanın müharibədən ən çox zərər çəkmiş şəhər və vilayətlərinə dəstək verərək bu qardaşlıq səfərini bu gün də davam etdirir" dedi.
Hələbin Suriyadakı müharibədən ən çox zərər görən yerlərdən biri olduğunu qeyd edən Qərib Türkiyəyə səfəri zamanı Suriyalılarla, xüsusilə Hələblilərlə görüşdüyünü və şəhərin əsas ehtiyaclarını müzakirə etdiyini bildirib.
Hələbin azad edilməsindən sonra qarşılaşdıqları çətinliklərə işarə edən Qərib deyib:
"İnzibati işlərdən sonra ən böyük problem Hələbdə təhlükəsizlik problemi oldu. Ən böyük problem infrastrukturdur. Təhsil və səhiyyə sektorları da ən elementar səviyyədədir və hələ də ciddi problemlər və ehtiyaclar var".
Aytən Yaşar/ Turkustan.az