"Hökumət belə xəbərləri oxuyub, görəsən, nə düşünür?" - Natiq Cəfərli


“Bazar dəyəri 4 trilyon 410 milyard dollar olan məşhur “NVIDIA” şirkəti Ermənistanda süni intellekt və “startup” layilərinin maliyyələşməsinin 1,5 milyard dollar sərmayə, investisiya qoyacağını açıqladı”.

Turkustan.az xəbər verir ki, bu barədə ReAL partiyası sədri Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, yaxın üç ildə, təqribən, 10 min keyfiyyətli iş yeri yaranacaq, dünyada əsas trend olan süni intellekt üçün lazım olan çiplərdən tutmuş proqram təminatına qədər bir çox sahələrdə aparıcı texnologiyalar Ermənistana gətiriləcək:

“Bundan başqa layihə gənclərin, maraqlı və yüksək gəlirli iş axtaran mütəxəssilərin ölkədən köçünün qarşısı alan faktora çevriləcək.

Ermənistanda ÜDM artımı, orta maaş, ÜDM-dən adambaşına düşən pay artıq bizdən çoxdur, səbəbi çox sadədir: iqtisadi azadlıqlar, kiçik-orta sahibkarlara aşağı vergilər, işlək təşviq proqramları – vəssalam.

Bu gün parlamentdə 2026-ci il büdcəsini təqdim edən Azərbaycan hökuməti, belə xəbərləri oxuyub, görüb, görəsən nə düşünür, nə etmək istəyir?! Ümumiyyətlə, düşünürmü, nəsə etmək istəyirmi?!”. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ