Azərbaycanda illik inflyasiya faizi AÇIQLANDI


“Cari ilin oktyabrında 12 aylıq inflyasiya 5,9 faiz təşkil edib. Ərzaq inflyasiyası 8,2 faiz, qeyri-ərzaq qiymətləri 2,5 faiz artıb, xidmət inflyasiyası isə 5,6 faiz təşkil edib”.

Turkustan.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Sədr bildirib ki, illik baza inflyasiya 5 faiz olub:

“Keçən illərdə olduğu kimi cari ildə də inflyasiyanın 70 faizindən çox hissəsi təklif, xüsusilə də xarici təklif amilləri hesabına formalaşıb”.

Taleh Kazımov bildirib ki, Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, cari ilin sonuna inflyasiya 6 faiz səviyyəsində formalaşcaq./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ