İsrail mediası: Netanyahu prezidentin əfvi üçün kampaniya başlatdı


İddialara görə, korrupsiya ittihamı ilə mühakimə olunan İsrailin baş naziri Benyamin Netanyahu nazirlərindən və təmsil etdiyi Likud Partiyasından olan parlament üzvlərindən prezident İsaak Hersoqun onu əfv etməsi üçün ictimai rəyi səfərbər etməyi xahiş edib.

Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziya kanalı KAN bildirib ki, ABŞ prezidenti Donald Trampın prezident Herzoqa göndərdiyi məktubdan sonra o, Netanyahunun heyətindən ictimai rəyi formalaşdırmağı xahiş edib.

Bu kontekstdə bəzi nazirlərin Netanyahunun əfv olunmasını tələb edən məktub yazdığı üçün Trampa təşəkkür etdikləri görülüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ