İngiltərədə on minlərlə insan Fələstinə dəstək yürüşü keçirib


İngiltərənin paytaxtı Londonda on minlərlə insan Fələstinə həmrəylik nümayiş etdirmək üçün 7 oktyabr 2023-cü ildən bu yana keçirilən 28-ci nümayişdə İsrailə silah satışının dayandırılmasını tələb edib.

Turkustan.az xəbər verir ki, on minlərlə fələstinli tərəfdarı Londonun Embankment stansiyasının qarşısına toplaşaraq, İsrailin Qəzzaya hücumlarına, İngiltərənin İsrailə silah satmasına və İngiltərədə fələstinli tərəfdarlara qarşı təzyiqlərə etiraz edib.

Vestminster körpüsü üzərindən Temza çayının şimalından cənubuna keçən nümayişçilər “Azad Fələstin”, “Fələstin çaydan dənizə qədər azad olacaq” və “(İngiltərənin baş naziri) Keir Starmer gizlənə bilməzsən, səni soyqırımda mühakimə edəcəyik” kimi şüarlar səsləndiriblər.

İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya hücumlarının başlamasından bu yana keçirilən 28-ci milli nümayişdə etirazçılar İsrailin hücumlarına qarşı bu ölkələrə dəstək olduqlarını göstərmək üçün Livan, Suriya və İran bayraqlarını dalğalandırdılar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ