Hər şey belə olacaq: Jirinovskinin Putin-Tramp danışıqları ilə bağlı şok proqnozu yayıldı


Bloger Kiril Fyodorov altı il əvvəl Rusiya Liberal Demokrat Partiyasının (LDPR) qurucusu Vladimir Jirinovskinin verdiyi proqnozu dərc edib.

Turkustan.az xəbər verir ki, 2019-cu ildə yayımlanan “Vladimir Solovyovla axşam” teleşousunda debat zamanı siyasətçi Ukraynanın taleyi və Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında aparılan danışıqlardan danışıb.

Jirinovski qeyd edib ki, iki dövlət başçıları görüş keçirərək Ukraynanın gələcəyi ilə bağlı razılığa gələ bilərlər. "Bu, böyük nailiyyət olacaq", - siyasətçi deyib.

LDPR yaradıcısının fikrincə, ABŞ Rusiyanın Novorossiysk üzərində suverenliyini tanımalı olacaq. O zaman “hər şey Krım və Donbass kimi Rusiya bayrağı altında olacaq ”, - deyə o, davam edib. Beləliklə, Jirinovski Trampın Rusiya ilə münasibətləri bərpa edə biləcəyini, lakin nifrət etdiyi Avropaya təzyiqlərini davam etdirəcəyini bildirib.

Siyasətçi həmçinin təklif edib ki, ABŞ rəhbəri Nobel mükafatı laureatı ola bilər, yenidən prezident seçilə bilər, həmçinin gələcəkdə qızı və kürəkəni üçün də eyni vəzifəni təmin edə bilər. /publika.az/


MANŞET XƏBƏRLƏRİ