Onlar Xameneiyə arxadan zərbə vurdular: Pəhləvi ilə gizli sövdələşən kimlərdir?


Sürgündə fəaliyyət göstərən müxalif qüvvələr İran hökumət strukturlarında çalışan rəsmilər və rejimdən narazı təhlükəsizlik qüvvələri ilə xüsusi məxfi rabitə kanalı yaradıblar.

Turkustan.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə İran vəliəhdi Rza Pəhləvi Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib.

Pəhləvinin sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusu, polis, Bəsic milisi və digər təhlükəsizlik qurumlarından təxminən 40 min nəfər onun komandası ilə əlaqə saxlayıb. O qeyd edib ki, hazırda bu şəxslərin kimliyi və mövqeləri yoxlanılır.

Rza Pəhləvi iddia edib ki, İranın ali rəhbəri Əli Xamenei və onun yaxın çevrəsi vəziyyətin kəskinləşməsi fonunda ölkəni tərk etməyə cəhd göstərə bilər. Onun sözlərinə görə, bu proses İranda demokratik dəyişikliklərin başlanğıcı olacaq.

Pəhləvi vurğulayıb ki, əsas məqsədi keçid dövrü üçün müvəqqəti inqilabi hökumətin formalaşdırılmasıdır. Bundan sonra isə ölkədə azad və demokratik seçkilərin keçirilməsi nəzərdə tutulur. O, İran xalqının dəstəyinə və vətəndaşların ona göstərəcəyi etimada güvəndiyini bildirib.


MANŞET XƏBƏRLƏRİ