Nyusom: Tramp bu bölgədə vətəndaş müharibəsi başlatmağa çalışır


Kaliforniya qubernatoru Qevin Nyusom Trampı vətəndaş müharibəsi başlatmaqda ittiham etdi.

Turkustan.az xəbər verir ki, ABŞ-da 7 yanvarda İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşı tərəfindən ABŞ vətəndaşının öldürülməsindən sonra ölkə üzrə etirazlar davam edir. Bu hadisə fonunda Kaliforniya qubernatoru Qevin Nyusom ABŞ prezidenti Donald Trampın “vətəndaş müharibəsinə başlamağa çalışdığını” iddia edib.

Demokrat Partiyasının növbəti prezident seçkiləri üçün ən güclü namizədlərindən biri sayılan Nyusom San-Fransisko şəhərində keçirilən mətbuat konfransında birbaşa Trampı hədəfə alıb. O, ABŞ şəhərlərinin küçələrinə Apache helikopterlərinin endiyini, maskalı zabitlərin isə patrul xidməti apardığını vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ