İsrail ordusu yazılı açıqlamasında bildirib ki, Sikorsky UH-60 Black Hawk helikopteri çərşənbə axşamı əlverişsiz hava şəraiti səbəbindən işğal olunmuş Qərb Şəriyəsində açıq əraziyə təcili eniş edib.
Turkustan.az xəbər verir ki, yük daşıyan vertolyotun bu səhər başqa bir vertolyotla aparılan xilasetmə əməliyyatı zamanı dartma ipi qırıldıqdan sonra qəzaya uğradığı bildirilib. Ölən və ya yaralanan olmayıb və hadisə ilə bağlı araşdırma başlanıb. Vertolyotun qəzaya uğradığı anlar həvəskar kameralar tərəfindən lentə alınıb.
İsrail Hərbi Hava Qüvvələri həm gündəlik nəqliyyat missiyaları, həm də hərbi əməliyyatlar zamanı qoşunların hərəkəti üçün ivrit dilində Yanshuf və ya Bayquş kimi tanınan Black Hawk helikopterlərindən istifadə edir.
Aytən Yaşar/ Turkustan.az