Ermənistan şirkəti Azərbaycan benzinini hansı qiymətə alıb?


Yaxın günlərdə Ermənistana 20 vaqon Azərbaycan yanacağı gələcək.

Turkustan.az news.am-a istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib.

Baş nazir Nikol Paşinyan kimi, o da Azərbaycan benzininin ilk partiyasının artıq Ermənistana yollanması ilə bağlı yayılan xəbərləri təsdiqləyib:

"Məqsədimiz biznesi müharibə deyil, ticarətin aparıla biləcəyi sahəyə gətirmək idi. Müharibə qurbanlar və itkilər, ticarət isə rifah gətirir".

Papoyan yanacaq tədarükünün davam etdirilməsi ilə bağlı deyib:

“Əlbəttə, razılaşma var, lakin bu, gələcək bazar konyunkturasından asılıdır”.

Erməni özəl şirkətinin Azərbaycandan yanacağın hansı qiymətə alınması ilə bağlı sualı cavablandıran nazir bildirib ki, bu, şəxsi məsələdir və onlar buna qarışmırlar:

“Qiymət məsələlərinə qarışmaq düzgün deyil”. Burada dövlətin işi düzgün mühit yaratmaqdır. Misirdən, Rusiyadan benzin gətirəndə nə edirik? Eynidir: lazımi hüquqi-müqavilə bazası yaradılır, siyasi mühit formalaşır, siyasi razılaşmalar əldə edilir, qalan işləri isə biznes görür”.

Azərbaycan benzininin Ermənistan bazarında hansı qiymətə satılacağına gəlincə, Gevork Papoyan belə cavab verib:

"Hazırda bunu demək çətindir. Birinci çatdırılma qeyri-standart olacaq, deyəsən, növbətisi də qeyri-standart olacaq. Az-çox stabil, görünən bazar vəziyyəti yarandıqdan sonra biz hər şeyi açıq deyə biləcəyik, bazar iştirakçılarının çoxunun rəqabətə əsaslanmasını təmin etməkdir. Bu, rəqabətin artmasına və nəticədə qiymətlərin mümkün azalmasına səbəb olacaq”.

İqtisadiyyat naziri Azərbaycan benzininin partiyasını hansı özəl şirkətin aldığını dəqiqləşdirməyib: "Zəhmət olmasa, sorğunuzu göndərin, cavab verə bilsək, verəcəyik".

Gürcüstan hökuməti bir neçə gün əvvəl elan etdiyi kimi Azərbaycan neft məhsullarının birinci partiyası üçün tranzit rüsumundan imtina edib. Azərbaycan yanacağının Ermənistana sonrakı tranzitinin şərtləri ilə bağlı Gürcüstan tərəfi ilə razılığın əldə edilib-edilmədiyini soruşduqda, Papoyan mövzuya heç bir aydınlıq gətirməyib. /Yeni Sabah/


MANŞET XƏBƏRLƏRİ