Ötən ilin yanvarından noyabr ayına kimi Rusiyanın Avropa İttifaqına(Aİ) ixrac etdiyi dərmanların dəyəri 30 milyon avronu keçib ki, bu da rekord göstərici sayılır.
Turkustan.az xəbər verir ki, belə bir qənaətə RİA Novosti-nin analitikləri gəliblər. Onlar Eurostat-ın statistikasına istinad ediblər.
Qeyd edilib ki, Rusiyanın Aİ-yə dərman ixracı 2020-ci ildən bəri rekord həddə çatıb.
Belə ki, əvvəlki illə müqayisədə tədarük 50% artıb. Sloveniya və Macarıstan Avropada Rusiya dərmanlarının ən böyük idxalçıları olub. Sloveniya bütün alışların təxminən 67%-ni, Macarıstan isə 29%-ni təşkil edib.
İl ərzində idxalın ən əhəmiyyətli artımı İsveçdə qeydə alınıb və burada alış həcmi dörd dəfə artaraq 403.700 avroya çatıb. Sloveniya və Macarıstanda təchizat təxminən ikiqat artaraq müvafiq olaraq 20,04 milyon avro və 8,6 milyon avroya çatıb.
Bununla belə, Almaniya Rusiya dərmanlarının alışını yarıya endirərək 553.900 avroya çatdırıb. İspaniya isə idxalı təxminən dörd dəfə azaltaraq 99.400 avroya endirib./publika.az