Ukrayna Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıxal Rusiyanın hava hücumları səbəbindən ölkənin enerji sektorunda "fövqəladə vəziyyət" elan edildiyini açıqladı.
Turkustan.az xəbər verir ki, Şmıqal sosial media hesabında Rusiyanın son hava hücumlarının Ukraynadakı enerji problemləri ilə bağlı məlumat paylaşıb.
Şmıhal Ukraynanın müxtəlif bölgələrində, xüsusən də paytaxt Kiyevdə vəziyyətin "ciddi" olduğunu bildirib və əlavə edib ki, "Rusiya Federasiyasının intensiv hücumları səbəbindən Ukraynanın enerji sektorunda fövqəladə vəziyyət elan edilib".
Şmıhal paytaxtda və Kiyev bölgəsində yaşanan çətinlikləri həll etmək üçün böhran idarəetmə mərkəzinin yaradıldığını bildirib və əlavə edib ki, "Məqsədimiz enerji sistemində, xüsusən də Kiyevdə vəziyyəti mümkün qədər tez sabitləşdirmək üçün əlaqələndirilmiş və effektiv iş aparmaqdır".
Aytən Yaşar/ Turkustan.az