Fransa və Almaniya ABŞ-ın dərmanların qiymətini artırmağı nəzərdə tutan planı ilə razılaşmasalar, onların məhsullarına qarşı rüsumlar tətbiq ediləcək.
Turkustan.az TASS-a istinadən xəbər verir ki, bu barədə Prezident Donald Tramp Ağ Evdə səhiyyə məsələlərinə dair köməkçiləri ilə keçirdiyi müşavirədə bildirib.
Tramp qeyd edib ki, ABŞ-da bir çox dərmanın qiyməti Avropa ölkələrinə nisbətən xeyli yüksəkdir. Onun sözlərinə görə, Vaşinqton administrasiyası əczaçılıq sənayesi nümayəndələri ilə ABŞ sakinlərinin reseptlə alınan dərmanlar üçün bütün ölkələr arasında ən aşağı qiyməti ödəyəcəklərinə dair razılaşmalar əldə edib.
Bundan əlavə, Tramp bəyan edib ki, xərclərin bir hissəsi Avropa ölkələrindəki istehlakçılara ötürülə bilər.
"Amma bir problemimiz var. Digər ölkələr buna razı olmadılar. Fransa, Almaniya, Böyük Britaniya, bütün Avropa Birliyi razı olmadı", - o, razılaşmalara nail olmaq üzrə aparılan məsləhətləşmələr barədə danışarkən vurğulayıb. /axar.az/