ABŞ Qəzza Sülh Komitəsinin üzvlərinin siyahısını açıqladı


Ağ Ev Qəzzada atəşkəs prosesinin ikinci mərhələsinin əsas hissəsi kimi yaradılmış "Sülh Şurası"nın üzvlərini və keçid prosesini idarə edəcək "Qəzza İdarəetməsi üzrə Milli Komitə"nin rəhbərini elan etdi.

Turkustan.az xəbər verir ki, Türkiyənin Xarici işlər naziri Hakan Fidan da şuranın üzvüdür.

Ağ Evdən verilən açıqlamada Prezident Donald Trampın Qəzza üçün 20 maddəlik sülh planının ikinci mərhələsinin başladığı qeyd olunub.

Bəyanatda bu mərhələnin vacib bir hissəsi kimi Qəzza Milli Komitəsinin yaradılması və Fələstin Muxtariyyətinin Planlaşdırma üzrə keçmiş müavini Dr. Əli Şaatın komitəyə sədrlik edəcəyi elan edilib.

Ağ Ev vurğuladı ki, Şaat "dövlət xidmətlərini bərpa etmək, mülki qurumları yenidən qurmaq və Qəzzada gündəlik həyatı sabitləşdirmək" vəzifəsini yerinə yetirəcək və həmçinin uzunmüddətli idarəetmənin təməlini qoyacaq layihələr həyata keçirəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ