"ABŞ-nin Venesuelanın sabiq prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresin ələ keçirilməsi əməliyyatı zamanı 83 nəfər öldürülüb".
Turkustan.az "Primicia" nəşrinə istinadən xəbər verir ki, bu barədə Venesuelanın müdafiə naziri Vladimir Padrino məlumat verib:
"Əməliyyatlar zamanı mülki şəxslər və digər insanlar həlak olub. Həmçinin, 32 Kuba vətəndaşı da öldürülüb. Ümumilikdə 83 nəfər həlak olub, 112-dən çox insan yaralanıb".
Ölənlərdən 47 nəfərinin hərbçi olduğu bildirilir.
Xatırladaq ki, bu il yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı əməliyyat keçirib, nəticədə prezident Nikolas Maduro və onun həyat yoldaşı Silia Flores həbs edilərək Nyu-Yorka aparılıblar.
ABŞ Prezidenti Donald Tramp Maduro və Floresin "narkoterrorizm" və ABŞ-ni təhdid etmək ittihamı ilə mühakimə olunacaqlarını açıqlayıb. Venesuelanın vitse-prezidenti Delsi Rodriges müvəqqəti dövlət başçısı elan edilib./oxu.az