Fazil Mustafa Səyavuş Mustafanı 60 illik yubileyi ilə bağlı təbrik edib. Təbrik məktubunda deyilir:
Hörmətli Səyavuş bəy,
Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulayıram.
Siz vətənini sevən, onun azadlığı yolunda hər cür məşəqqətlərə tab gətirən, ölkəmizin ərazi bütövlüyü uğrunda fədakarlıqla mübarizə aparan, prinsipiallığınız və əzmkarlığınızla seçilən, layiqli vətəndaş mövqeyinizlə hörmət qazanmış dəyərli şəxsiyyətsiniz.
İnanıram ki, vətəni sevməkdə gənclərə nümunə olaraq, ictimai fəaliyyətinizi davam etdirəcək və cəmiyyətimizə, dövlətçiliyimizə dəyərli töhfələr verməyə davam edəcəksiniz.
Bu əlamətdar gün münasibətilə Sizə sağlamlıq, xoşbəxtlik və yeni nailiyyətlər arzulayıram.
Hörmətlə,
Fazil Mustafa
Böyük Quruluş Partiyasının başqanı